Vilnüsdə “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində plenar iclas keçirilir.
APA-nın xəbərinə görə, media üçün qapalı keçirilən toplantıda Avropa Birliyi Şurasının sədri Herman van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, eləcə də AB üzvü olan digər dövlətlərin və “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçıları iştirak edir. Azərbaycanı prezident İlham Əliyev təmsil edir.
Plenar iclasda “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq məsələləri və proqramın gələcək fəaliyyəti müzakirə olunur.
Yekunda sammitin Bəyannaməsi qəbul ediləcək.