Hüquq müdafiəçisi Vidadi İsgəndərli prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edib.
Lent.az-ön məlumatına görə, o , “facebook” sosial şəbəkərindəki səhifəsində bu barədə məlumat verib.
V. İsgəndərli bildirib ki, “bu gün saat 19.07-dən etibarən bu il keçiriləcək prezident seçkilərində özünün namizədliyini müstəqil şəkildə elan edir”.
O qeyd edib ki, bu gündən etibarən “Namus” Xalq Hərəkatını elan edir.
V. İsgəndərli namizədliyinin səbəbi barədə sensasion açıqlamalar da vəd edib.