Azərbaycan prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının prezidenti Uqo Rafael Çaves Friasın ölümü ilə əlaqədar həmin ölkənin vitse-prezidenti Nikolas Maduro Morosa başsağlığı verib. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, başsağlığı mətnində dövlət başçısı Çavesin vəfatı xəbərindən son dərəcədə kədərləndiyini vurğulayıb.
O bildirib ki, Çaves həm Venesuelanın inkişafı və xalqının rifahının yüksəlməsi, həm də Latın Amerikası dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər görüb: “İnanıram ki, onun əziz xatirəsi Venesuela xalqının yaddaşında əbədi qalacaq. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.