Vaşinqtonda Dağlıq Qarabağa dair konfrans keçiriləcək
01 aprel 2013 12:54 (UTC +04:00)

Vaşinqtonda Dağlıq Qarabağa dair konfrans keçiriləcək

0

Konfrans BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsinin qəbulunun 20 illiyi münasibətilə keçirilir


 

Aprelin 5-də Vaşinqtonda “BMT və Ermənistan-Azərbaycan münaqişəsi: Əsaslara doğru geri” adlı konfrans keçiriləcək. APA-nın məlumatına görə, Ceymstaun Fondunun təşkil etdiyi tədbir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk qətnamə qəbul etməsinin 20-ci ildönümünə həsr olunub.

 

Konfransda Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin beynəlxalq-hüquqi aktuallığı və əhəmiyyəti barədə çıxış edəcək. Bundan başqa, konfransda Heritage Fondunun baş elmi işçisi Ariel Koen, Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri Frederik Starr çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir göstərən beynəlxalq amillər barədə danışacaqlar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar