Mətbuat Şurasının və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) həyata keçirdiyi proqram çərçivəsində türkiyəli jurnalistlərin Azərbaycana səfəri başlayıb. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının anım tədbirləri ilə əlaqədar fevralın 27-dək ölkəmizdə olacaq türkiyəli jurnalistlər Quba rayonundakı tarixi kütləvi məzarlığı ziyarət edib, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə də görüşüblər.
Türkiyəli jurnalistlər fevralın 26-da Xocalı faciəsi ilə bağlı ucaldılmış abidəni ziyarət edəcəklər. Həmin gün Mətbuat Şurasında Xocalı faciəsinə həsr olunacaq Dəyirmi Masaya qatılacaqlar. Sonra isə türkiyəli jurnalistlərin baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşü nəzərdə tutulub. Türkiyəli media təmsilçilərinin fevralın 27-ə nəzərdə tutulan səfər proqramına Xocalıdan olan qaçqınlarla görüş də daxildir.
Qeyd edək ki, Türkiyədən gələn nümayəndə heyətinin tərkibinə