Türkiyə səfiri: “Əsas siyasi iradədir”
18 dekabr 2013 11:06 (UTC +04:00)

Türkiyə səfiri: “Əsas siyasi iradədir”

“Yalnız ehtiyatlara sahib olmaq kifayət etmir, onu bazara və istehlakçılara daşımaq lazımdır”


 

““Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması münasibətilə öncə Azərbaycanı təbrik etmək lazımdır, çünki bu cür ehtiyatlara malik olan ölkə dünyadan bu qədər sərmayəçi cəlb etməsə, bu iş alınmazdı”.

 

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanmasını şərh edərkən deyib.

 

Səfir bildirib ki, bir çox ölkədən yüksək səviyyəli rəsmilərin bu münasibətlə Azərbaycana gəlməsi, həmin ölkələrlə, şirkətlərlə əməkdaşlıq qürurvericidir: “Türkiyə də bundan qürur duyur, çünki Bakı-Tiflis-Ceyhandan sonra biz bu layihəni də həyata keçirdik. Yalnız ehtiyatlara sahib olmaq kifayət etmir, onu bazara və istehlakçılara daşımaq lazımdır, bunun üçün də toplam 25 milyard dollarlıq sərmayə yatırıldı. Əsas o idi ki, siyasi iradə olsun. Artıq ticari qərar da qəbul olundu və 2018-ci ildə kəmər vasitəsilə təbii qaz Türkiyəyə, ordan isə Balkanlara və Avropaya nəql olunacaq. Bundan əlavə, Bakı-Tilfis-Qars, Azərbaycan, Gürcüstan və Türkiyənin energetika sistemləri birləşdirəcək layihələr də var. Düşünürəm ki, regionun potensialı yavaş-yavaş ortaya çıxarılır”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar