Tomas De Vall: ”Xocalı...ən ağır cinayət idi” - MÜSAHİBƏ
23 fevral 2013 10:59 (UTC +04:00)

Tomas De Vall: ”Xocalı...ən ağır cinayət idi” - MÜSAHİBƏ

 

Karnegi Fondunun Qafqaz üzrə tanınmış eksperti Tomas De VaalınAPA-ya müsahibəsi

 

- Serj Sarkisyanın növbəti müddətə prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə necə təsir edə bilər?

 

- Mən seçkilərin Dağlıq Qarabağla bağlı vəziyyətə hansısa təsir göstərəcəyini düşünmürəm. Serj Sarkisyan ikinci prezidentlik müddətində bəlkə daha cəsarətli ola bilər, lakin hazırda vəziyyət o qədər pisdir ki, hansısa pozitiv inkişaf gözləmək real deyil. Əksinə, Xocalı aeroportunun açılması cəhdi ilə əlaqədar münaqişənin yenidən alovlanması təhlükəsi var.   

 

- Ermənistanda siyasi fəallar seçkilərin saxtalaşdırılmasından şikayətlənir, lakin ABŞ Dövlət Departamenti bu barədə ehtiyatlı və müsbət mövqe bildirib. Siz bunu necə qiymətləndirirsiniz?

 

- Məncə, seçkilərin nəticələrinə münasibət qarışıq oldu. İndiki prezidentin KİV-ə nəzarət etdiyini və inzibati resurslardan faydalandığını nəzərə alsaq, Raffi Ovannisyan üçün 37 faizlik nəticə yaxşı nəticədir. Ermənistandakı seçkilərin forması var, məzmunu yoxdur. Ovannisyanın qələbəsinin oğurlandığını söyləmək çətindir, ona görə ki, başından bəri mübarizə meydanında iki namizədin imkanları bərabər deyildi.

 

- Xocalı hadisələrinin yaxınlaşan ildönümü ilə əlaqədar nə düşünürsünüz? Hər iki tərəfin öz tarixindəki faciəli məqamlara diqqət cəlb etmək cəhdlərini necə dəyərləndirirsiniz?

 

- Xocalı Qarabağ müharibəsindəki ən ağır cinayət idi. Lakin bu, yeganə belə hal deyildi. Ədalət naminə bu münaqişə zamanı dinc sakinlərin öldürülməsi ilə nəticələnmiş bütün hadisələri araşdırmaq lazımdır. Ədalətin təmin olunmasında seçici davranmaq doğru deyil. Xocalı və ya Sumqayıt kimi dəhşətli epizodların qurbanlarının xatirəsinin yad edilməsi və onlardan siyasi məqsədlərlə istifadə olunması arasında balans tapmaq çox çətindir. Təəssüf ki, mən bu faciəvi epizodlardan siyasi haqq-hesab, qarşı tərəfə nifrətin qızışdırılması və qisas məqsədilə istifadə olunduğunu tez-tez görürəm. Mənim fikrimcə, bu yol heç yerə aparmır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar