APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, “2014 Tiflis sammiti” adlı beynəlxalq Forum mayın 6-da Gürcüstan parlamentinin Milli Kitabxanasında baş tutacaq. Gürcüstan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, prezident Georgi Marqvelaşvili şəxsən Türkiyə və Azərbaycan prezidentlərini qəbul edəcək.
Sammitdə son 20 ildə iqtisadi , ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Görüşü üç ölkə liderləri birlikdə açacaqlar.
Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.
Xatırladaq ki, "2014 Tiflis sammiti" Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb.