Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinin yeni müavini təyin olunub.
Lent.az-ın xəbərinə görə, Tapdıq Əhliman oğlu Əmiraslanov fövqəladə hallar nazirinin müavini təyin edilib.
Qeyd edək ki, T. Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanovun oğludur.