Strasburq Məhkəməsi Əli İnsanovla bağlı qərar verəcək
09 mart 2013 10:50 (UTC +04:00)

Strasburq Məhkəməsi Əli İnsanovla bağlı qərar verəcək

 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martın 14-də Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iddiası ilə bağlı qərarını açıqlayacaq.

 

APA-nın AİHM-ə istinadən xəbərinə görə, Ə.İnsanov məhkəməyə müraciətində saxlanılma şəraitindən və zəruri tibbi müalicə şəraitinin olmamasından, eləcə də İnsan Haqları Konvensiyasının 1-ci paraqrafının 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırması hüququ) istinadən effektiv hüquqi yardımın olmamasından və 1 saylı Protokolun 1-ci maddəsinə (əmlak toxunulmazlığı) istinadən qohumlarının əmlakının müsadirə olunmasından şikayət edib.

 

Qeyd edək ki, 2005-ci ilin oktyabr ayında həbs olunan Ə.İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3329
avatar

Oxşar yazılar