Spiker: <b>“Vicdanlı, vicdansız QHT-lər var”</b>
02 may 2014 13:13 (UTC +04:00)

Spiker: “Vicdanlı, vicdansız QHT-lər var”

Azərbaycan Milli Məclisinin spiker Oqtay Əsədov deputat Azay Quliyevə irad tutub.  
Lent.az-ın məlumatına görə, bu gün keçirilən iclasda deputat , QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu günlərdə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilən Leyla Yunus haqda danışıb.

 

O qeyd edib ki,  L. Yunusun fəaliyyəti başdan-ayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib: “Təəssüf ki, xalq diplomatiyası adı altında çirkin oyunlar aparılır. Bu insanlar az  bu məsələni inhisara alıblar. Həmin adamlardan biri olan L. Yunus Azərbaycan dilini necə təhqir edir. Bu dildən ancaq söyüş söyəndə istifadə edir. Bu gün bəzi səfirlər də onun ətrafında sıx birləşib. Biz bütün QHT-lərə imkan yaratmışıq. Ancaq bu o demək deyil ki, bundan sui-istifadə edib dövlətçiliyimizin əleyhinə getməlidirlər”.

 

Spiker Oqtay Əsədov isə deputata cava verib:  “Sizin ağıllı və alovlu çıxışınıza qulaq asdım. Amma mənə maraqlıdır, siz həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının  sədrisiniz. QHT-lərə layihələr üçün qrantlar ayırırsınız. Bəs sizin nəzarətiniz olurmu ki, kim nəyi necə həyata keçirir? Əgər layihələr varsa, onlar axıra çatmalıdır. Mən demirəm ki, bu bir nəzarət kimi olmalıdır. Amma hər halda bu məsələyə diqqət yetirmək lazımdır. Çünki vicdanlı, vicdansız QHT-lər də var. Mən təəssüf etdim ki, Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatı  araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində qarşıdurma təşkilatıdır. Onlar öz hesabatlarında küçə yazılarını götürüb dərc edirlər. Bəzən bunu  günahı bizim özümüzdə olur. Çünki onların dediklərinə reaksiya vermirik. Parlamentə qarşı haqsız iradlar bildirirlər. Milli Məclisi çox pis vəziyyətdə göstərirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar