Söyün Sadıqov Rusiya prezidentinin qapalı iclasında iştirak edib
19 fevral 2013 19:01 (UTC +04:00)

Söyün Sadıqov Rusiya prezidentinin qapalı iclasında iştirak edib

Moskvada Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının iclası keçirilib.

 

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində keçirilən iclasda Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”-un fəxri prezidenti Söyün Sadıqov da iştirak edib.

 

“AzərRos” prezidentliyindən istefa verməsinə baxmayaraq S. Sadıqov yenə də Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü olaraq qalır. Bu gün keçirilən görüşdə isə o, “AzərRos” FMMM-in prezidenti kimi iştirak edib.

 

Mətbuata qapalı keçirilən iclasda 2025-ci ilədək Rusiya milli siyasəti strategiyasının həyata keçirilməsi planı müzakirə olunub. Görüşdə Rusiya Prezident Administrasiyasının və icra hakimiyyəti orqanlarının nümayəndələri, diaspor və icmaların rəhbərləri və ekspert birliyinin nümayəndələri iştirak ediblər.

 

Dünya Erməniləri Konqresi və Rusiya Erməniləri Birliyinin prezidenti Ara Abramyan da görüşə qatılıb.

 

İclasda diaspor rəhbərlərinin hesabatı dinlənilib.

 

Qeyd edək ki, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurası millətlərarası razılığı təmin etmək üçün yaradılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2377
avatar

Oxşar yazılar