Sloveniyada Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib
27 may 2014 12:42 (UTC +04:00)

Sloveniyada Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib

Sloveniyada 28 May - Respublika Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.  

Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşən Mons otelində Azərbaycanın müstəqilliyinin 96-cı ildönümü  münasibətilə rəsmi qəbul təşkil olunub. Tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhərinin meri, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin rəhbərliyi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyadakı səfiri Qalib İsrafilov tədbirin açılışında çıxış edərək qonaqları salamlayıb, ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsi, 1991-ci ildə müstəqilliyinin bərpasından sonra respublikamızda gedən proseslər və əldə olunmuş uğurlardan danışıb.

Nova Qoritsa şəhərinə səfər edən Azərbaycan nümayəndə heyətinin şəhər merinin müavini Mitya Trtnik ilə görüşü keçirilib.

Nova Qoritsa regionuna səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mayın 16-da Trnova qəsəbəsində olub, burada Xatirə Parkında yerləşən memorial abidə ziyarət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar