Siyavuş Novruzov: “KXCP-nin Milli Şurada qalması təəccüb doğurur”
05 may 2014 14:52 (UTC +04:00)

Siyavuş Novruzov: “KXCP-nin Milli Şurada qalması təəccüb doğurur”

“Cəmil Həsənli özü bəyanat yaymışdı ki, Xalq Cəbhəsindən Əli Kərimliyə görə istefa verir”.

 

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Milli Şuradan istefa haqqında qərarına münasibət bildirərkən deyib.

 

YAP funksioneri bildirib ki, bu gün Milli Şura adlı qurum artıq yoxdur: “Milli Şuranın Azərbaycanda fəaliyyəti, ictimai-siyasi vəziyyətə təsiri yoxdur. Çünki ora toplaşan şəxslərin kimliyi bəllidir”.

 

Bəzi partiyaların Milli Şuradan çoxdan istefa verdiyini xatırladan S.Novruzov KXCP-nin hələ də qurumda qalmasının təəccüb doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, Milli Şura AXCP-nin oyuncağına çevrilib: “KXCP-nin Milli Şuradan çıxmağı yox, qalmağı təəccüb doğurur. Digər tərəfdən, Əli Kərimli və Mirmahmud Mirəlioğlu arasında münaqişə hələ Xalq Cəbhəsi dövründən başlamışdı. Bu mübarizə Xalq Cəbhəsi ilə “Yurd” arasında olan mübarizənin tərkib hissəsi idi. Əli Kərimli ətrafına “Yurd”çuları toplamışdı və Xalq Cəbhəsini parçalamaqla məşğul idi. Həmin vaxt da Mirmahmud Mirəlioğlu Xalq Cəbhəsinin sədr müavini idi və bu məsələlərə görə Əbülfəz Elçibəydən sonra Klassik Xalq Cəbhəsi Partiyasını yaratdı. Ümumilikdə, Xalq Cəbhəsində olan bütün insanlar qurumdan istefa verdi. Tarixə nəzər salsaq, görərik ki, Cəmil Həsənli özü bəyanat yayıb ki, Xalq Cəbhəsindən Əli Kərimliyə görə istefa verir və müstəqil siyasətlə məşğul olmağa başlayır. Ancaq bu gün Milli Şurada həmin Cəmil Həsənli Əli Kərimlinin diktəsi ilə oturub-durur. Buna görə də düşünürəm ki, Milli Şura bu partiyanın oyuncağına çevrilib və orda olanlar da həmin partiyanın üzvləridir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557
avatar

Oxşar yazılar