“Bu aksiyaya cəhd edənlər və onun təşkilatçıları bəzi müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır”.
Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S. Novruzov həmin siyasi partiyaları ölkədə sabitliyi pozmaq üçün xaricdən himayə olunmaqda da ittiham edib: “ Bu siyasi qurumlar zaman-zaman xarici himayədarlarının təlimatına uyğun olaraq, Azərbaycanda ictimai asayişin pozulmasına cəhd edirlər. Bugünkü aksiya cəhdi də bunlardan biridir”.
YAP rəsmisi bu aksiyanı həm də “insanların faciəsindən istifadə” adlandırıb: “Çox təəssüf edirəm ki, bəzi insanların qarşılaşdıqları faciə üzərindən öz siyasi və şəxsi məqsədlərini həyata keçirmək istəyən qüvvələr var”.
S. Novruzov deyib ki, aksiya razılaşdırılmadığı üçün qarşısı alınıb: “Bundan sonra da qanunun tələblərini pozan cəhdlərin qarşısı alınmalıdır”.