Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait artıb
03 mart 2013 13:58 (UTC +04:00)

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 473 737 manat (1 877 850 ABŞ dolları) artıb. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Martın 1-i tarixinə Fondun manat hesabına toplanmış vəsait 37 879 112 manat, ABŞ dolları ilə olan hesabındakı vəsait 205 791 dollar, avro hesabındakı vəsait isə 593 avro olub. Rus rublu ilə açılmış hesaba isə vəsait daxil olmayıb.
 

Artım yalnız Fondun Azərbaycan manatı ilə açılmış hesabına yığılan vəsaitdə olub. Ümumilikdə Silahlı Qüvvələrə Yardım Fondunun hesablarındakı vəsait 1 fevral 2013-cü il tarixinə 48 465 038.1 ABŞ dolları təşkil edib.
 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028
avatar

Oxşar yazılar