Şeyxin qardaşına “Şöhrət” ordeni verildi
11 aprel 2013 18:57 (UTC +04:00)

Şeyxin qardaşına “Şöhrət” ordeni verildi

0

Prezident İlham Əliyev Cavanşir Hümmət oğlu Paşazadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu ordeni ilə təltif edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Gülçöhrə Hüseyn qızı Məmmədova da  “Şöhrət” ordeni ilə təltif edilib.

 

Qeyd edək ki, təltif olunan hər iki şəxs millət vəkilidir. C.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3082

Oxşar yazılar