Səyavuş Novruzov: "XİN pasport verilməsinə görə, bəyanat verməlidir"
02 may 2014 13:07 (UTC +04:00)

Səyavuş Novruzov: "XİN pasport verilməsinə görə, bəyanat verməlidir"

Azərbaycanın hakim partiyası ölkə vətəndaşlarına Rusiya xarici pasportların verilməsinə qarşı Xarici İşlər Nazirliyini bəyanat verməyə çağırıb. Lent.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Xarici işlər nazirliyi bəyanat yaymalıdır ki, başqa bir dövlətin vətəndaşlığını qəbul edib oranın pasportunu alanların Azərbaycan vətəndaşlığına xitam verilməlidir.

 

O qeyd edib ki, hər bir vətəndaş bunu başa düşməlidir: “ Ola bilər ki, kimsə xarici ölkələrə ticarətlə məşğul olmaq istəsin. İnanmıram ki, kimsə könüllü şəkildə Azərbaycan pasportunu qoyub başqa ölkənin pasportunu üzərində daşısın. Yox, əgər başqa məqsədlər üçün bunu həyata keçirirsə, o zaman həmin şəxs mütləq şəkildə Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdr. 5-ci kalonun nümayəndələrinə qarşı işimizi ciddi qurmalıyıq ki, vətənimizə xəyanət edən insanlar ifşa olsunlar. Azərbaycan dövlətçiliyinə qarşı çıxış edənlər mütləq layiqli cəzalarını almalıdır. Şəffaf olmayan təşkilat beynəlxalq şəffaflıqdan danışır. Oğurluqla məşğul olan təşkilat parlament haqqında həqiqəti əks etdirməyən məlumatlar dərc etdirir. Ona görə də bu qarşı ciddi addımlar atılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515
avatar

Oxşar yazılar