Səfir İlqar Məmmədovla təcridxanada görüşdü
05 aprel 2013 00:48 (UTC +04:00)

Səfir İlqar Məmmədovla təcridxanada görüşdü

0

Aprelin 4-də Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir  Roland Kobia Bakı İstintaq Təcridxanasında REAL Hərəkatının sədri İlqar Məmmədovla görüşüb. Görüş 1 saat yarım çəkib.

 

Səfir Kobia İlqar Məmmədovun sağlamlığı, saxlanma şəraiti ilə maraqlanıb.

 

Bu haqda AzadlıqRadiosuna REAL-ın icra katibi Natiq Cəfərli məlumat verib.

 

İlqar Məmmədov bu ilin fevralında həbs edilib. Əvvəlcə haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan bu müddət daha 2 ay uzadılıb.

 

O, Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.

 

Hüquq-mühafizə orqanları bildirir ki, İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar