Səfir Fransa prezidentinin səfərindən danışdı
02 may 2014 15:12 (UTC +04:00)

Səfir Fransa prezidentinin səfərindən danışdı

“Fransa prezidentinin səfəri ilə bağlı iş aparırıq. Səfər regiona - Azərbaycan, Ermənistan və Gürcüstana reallaşacaq”.


 

APA-nın məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

 

Səfirin sözlərinə görə, səfərin əsas məqsədi ikitərəfli münasibətləri gücləndirməkdir: “Çünki biz Azərbaycanı regiondakı stabilliyin elementi kimi qiymətləndiririk”.

 

Diplomat bildirib ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək: “Biz bilirik ki, bu məsələ həm Azərbaycan, həm də Ermənistan üçün çox vacibdir. Çünki həlli uzanan bu məsələnin çox böyük mənfi təsirləri var. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində iki ölkə arasında qarşılıqlı etimadı artırmağa çalışırıq”.

 

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland regiona səfəri çərçivəsində mayın 11-12-də Azərbaycanda səfərdə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365
avatar

Oxşar yazılar