Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Türkiyəyə səfərə gedib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Türkiyə Cümhuriyyətinin milli müdafiə Naziri İsmət Yılmazın dəvəti ilə Ankaraya gedib.
Azərbaycan müdafiə nazirinin rəsmi səfəri çərçivəsində dövlətlərarası hərbi məsələlər barədə müzakirələr aparılacaq.