Səfər Əbiyev Türkiyədə niyyət bəyannaməsini imzalayıb
18 fevral 2013 16:03 (UTC +04:00)

Səfər Əbiyev Türkiyədə niyyət bəyannaməsini imzalayıb

Türkiyədə səfərdə olan müdafiə naziri Səfər Əbiyevlə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr aparılıb. Görüşün sonunda nazirlər niyyət bəyannaməsini imzalayıblar. Səfər Əbiyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəl və Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlu ilə təkbətək görüşləri olub.

 

Müdafiə naziri Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Cümhuriyyətindəki müdafiə sənayesi təmayüllü bir neçə şirkətdə də görüşləri olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219
avatar

Oxşar yazılar