Səfər Əbiyev Türkiyə prezidenti və baş naziri ilə görüşdü
19 fevral 2013 17:58 (UTC +04:00)

Səfər Əbiyev Türkiyə prezidenti və baş naziri ilə görüşdü

0

Türkiyədə rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Səfər Əbiyevin bu gün prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir həm Türkiyənin prezidentinə, həm də baş nazirinə prezident İlham Əliyevin salamlarını çatdırıb.

 

Hər iki görüş zamanı ölkələr arasında mövcud olan qardaşlıq münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.

 

Daha sonra Səfər Əbiyevin Türkiyə müdafiə sənayesi müstəşarının müavini Faruk Özli ilə də görüşü olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 778

Oxşar yazılar