Fevralın 27-də Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının(CİSM) prezidenti polkovnik Hamad Kalkaba Malboumu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Beynəlxalq Hərbi İdman Şurası ilə Azərbaycan Müdafiə Nazirliyinin perspektiv əlaqələri və iyunun 30-dan 16 iyuladək Bakıda keçiriləcək futbol üzrə hərbiçilərin birinci dünya kuboku barədə ətraflı müzakirələr aparılıb. Səfər Əbiyev çempionatla bağlı öz təəssüratlarını bildirib və turnirin işinə uğurlar arzulayıb.
Səfər Əbiyev Hərbi İdman Şurasının prezidenti ilə görüşüb
445