VHP mətbuat və informasiya xidmətindən Lent.az-a verilən məlumata görə, Siyasi Şuranın müzakirəsinə ölkədəki ictimai-siyasi vəziyyət və VHP-nin prezident seçkilərində iştirakı, qurultaya hazırlıq, təşkilati məsələlər daxil edilib.
Ümumi müzakirələrdən sonra Siyasi Şura üzvlərinin yekdil razılığı ilə VHP-nin prezident seçkilərində iştirakı barədə qərar qəbul olunub. Seçkilərdə iştirakın forması isə iyun ayına nəzərdə tutulan VHP-nin Ümumrespublika konfransının müzakirəsinə tövsiyə edilib. VHP-nin növbəti qurultayına hazırlıq və rayon təşkilatlarının konfransının keçirilməsi məqsədilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
VHP sədri Sabir Rüstəmxanlı 21 fevralın Ana Dili günü olduğunu söyləyib, dövlət dilinin qorunması vacibliyindən və atılan addımlardan danışıb. Sonda partiyaya qəbulla bağlı Siyasi Şuraya ünvanlanan 19 müraciətə müsbət cavab verilib.