Saakaşvilinin müşaviri onun qalmaqallı bəyanatından danışdı
03 mart 2013 23:56 (UTC +04:00)

Saakaşvilinin müşaviri onun qalmaqallı bəyanatından danışdı

 “Söyün Sadıqov məsələsi bizi doğrudan da narahat edir, ancaq Gürcüstan prezidentinin Azərbaycana səfəri zamanı bu məsələ müzakirə edilməyib”.

 

Lent.az-ın məlumatına görə, bunu Gürcüstan prezidentinin müşaviri Nino Kalandadze Tiflisdə keçirdiyi brifinqdə bildirib.

 

N.  Kalandadzenin dediyinə görə, Bakıda yalnız ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə mövzusu olub.    

 

Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycandan səfərdən geri qayıdarkən Tiflis aeroportunda jurnalistlərə verdiyi açıqlamada Azərbaycanda da Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlandığını deyib: “Rusiyada əslən Gürcüstanın Qardabani rayonundan olan Sadıxov soyadlı bir milyarder çıxıb və Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət əldə etməyə söz verib. Bu cür vədi ölkəmizdəki ermənilərə Gürcüstanın yeni hökuməti tərəfindən əfv edilmiş erməni siyasi fəal Vaaqn Çaxalyan da verib. Sadıxov milyarder Vahid Ələkbərov və başqaları ilə əl-ələ verərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir və böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2051
avatar

Oxşar yazılar