“Milli Şuradan istefa verə bilərəm”.
Lent.az-ın məlumatına görə, bu sözləri Milli Şuranın sədri Rüstəm İbrahimbəyov aznews.az saytına müsahibəsində deyib.
MŞ sədri bildirib ki, Milli Şuranın müəllifi odur və bu ideya onun tərəfindən siyasi arenaya təqdim olunub. R.İbrahimbəyovun sözlərinə görə, Milli Şura öz funksiyasını yerinə yetirib: “Seçkidən sonra biz bir qərara gəlməliyik. O qərar üçün mən hazıram. Təklifim də budur ki, həmsədrlik institutu olsun”.
R.İbrahimbəyov qeyd edib ki, bütün variantları müzakirə etməyə hazırdır, ancaq bir variantdan başqa: MŞ sədri qurumda təmsil olunan partiya rəhbərlərinin həmsədr olmasını istəmir.
O deyib ki, Milli Şura partiya namenklaturasından sərbəst olmalıdır: “Milli Şura daha güclü birlikdir və 2-3 partiyadan ibarət deyil. Bununla bağlı mənim mövqeyim aydındır. Dəyişən də deyil”.