Rüstəm İbrahimbəyov: “Cəmil Həsənli sədrliyə çox uyğun insandır”
15 noyabr 2013 17:54 (UTC +04:00)

Rüstəm İbrahimbəyov: “Cəmil Həsənli sədrliyə çox uyğun insandır”

“Müsavat Partiyası rəhbərliyinin fərqli mövqeləri ola bilər. Bu problemləri ancaq Milli Şura özü həll edə bilər. Milli Şurada belə qərara gəlsələr ki, Həmsədrlik İnstitutu özünü doğrultmur, mən istefaya gedərəm və Cəmil Həsənli bizim sədrimiz olar”.


 

Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib.

 

R. İbrahimbəyov qeyd edib ki, Milli Şura onun Həmsədrlik İnstitutu ilə bağlı təklifini qəbul etməsə, istefa verməyə hazırdır: “Milli Şura belə bir qərar versə, mən bunu mütləq qəbul edərəm. Çünki heç vaxt öz hədəfimlə siyasətlə məşğul olmaq istəmirdim. Dəfələrlə demişəm ki, məni buna vicdanım, taleyim məcbur edib. Mən doğurdan da, aylarla Bakıda olmuram. Həmsədrlik İnstitutunu ona görə təklif etmişdim ki, Cəmil Həsənli Azərbaycanda, mən də xaricdə Milli Şuranı birgə idarə edək. Milli Şura qərara gəlsə ki, həmsədrlik lazım deyil və yeganə sədr olmalıdır, mənə elə gəlir ki, Cəmil Həsənli bu vəzifəyə çox uyğun insandır”.

 

R. İbrahimbəyov yaxın vaxtlarda Azərbaycana qayıtmaq fikrinin olmadığını da qeyd edib.

 

Xatırladaq ki, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli APA-ya açıqlamasında deyib ki, R. İbrahimbəyov vəzifəsindən istefa verib, Cəmil Həsənlinin Milli Şuranın sədri olmasını irəli sürərsə, bu, ona çox hörmət qazandırar. Onun sözlərinə görə, bu addım indiki şəraitdə Milli Şuranın işini yenidən qurması məsələsində bir başlanğıc və təkan olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar