Rusiya Azərbaycanla sərhədə qoşun yığması barədə danışdı
09 aprel 2013 15:23 (UTC +04:00)

Rusiya Azərbaycanla sərhədə qoşun yığması barədə danışdı

 

Dağıstan hökumətindəki mənbə: “Dağıstanın Azərbaycanla sərhəd rayonlarındakı qoşunlar Rusiyanın sərhəd qoşunları və daxili qoşunlarıdır ”


“Rusiya Silahlı Qüvvələri Dağıstanın Azərbaycanla sərhəd rayonlarında heç bir qoşun növü cəmləşdirməyib ”. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Nazirlikdən qeyd ediblər ki, Dağıstanın Azərbaycanla sərhəd rayonlarında qoşunlar cəmləşdirilməyib və bunun üçün zərurət də yaranmayıb.


“Dağıstanın Azərbaycanla sərhəd rayonlarında olan qoşunlar sərhəd qoşunları və daxili qoşunlardır”. Bu barədə isə APA-ya açıqlamasında Dağıstan hökumətindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, həmin qoşunlar uzun müddətdir ki, sərhəddə yerləşdirilib: “Onlar Dağıstanın cənubunda terrorçulara qarşı əməliyyat keçirirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1936
avatar

Oxşar yazılar