O bildirib ki, Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyindən Heydər Əliyev Beynəlxalq Hava Limanında “Nezavisimaya qazeta”nın jurnalisti Milrad Fətullayevin saxlanılması ilə bağlı insidentə aydınlıq gətirilməsini xahiş edib: “Bu etiraz notası deyil”.
Xatırladaq ki, M. Fətullayev martın 31-dən aprelin 1-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb və deportasiya edilib.
Rusiya Federasiyası Azərbaycana diplomatik nota verib. Lent.az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, Rusiyanın Azərbaycandakı səfirliyi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında rusiyalı jurnalist "Nezavisimaya qazeta"nın müxbiri Milrad Fətullayevlə bağlı hadisə ilə əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Məlumata görə, "Nezavisimaya qazeta"nın icmalçısı Fətullayev Bakı aeroportunda martın 31-dən aprelin 1-nə keçən gecə saxlanılıb, sonra isə ölkədən deportasiya olunub.