“Avropa Birliyi Ermənistandakı Metsamor AES-in köhnə avadanlıqla fəaliyyət göstərdiyini və təhlükəli seysmik zonada yerləşdiyini daha əvvəl bildirib. Uzun illərdir ki, Avropa Birliyi Ermənistanla birlikdə bu məsələni həll etməyə çalışır”.
APA-nın xəbərinə görə, bu sözləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycanda radiasiya təhlükəsizliyi üzrə yeni tvinninq layihəsinin təqdimatında deyib.
R. Kobia radiasiya təhlükəsizliyinin çox önəmli olduğunu, çünki radiasiyanın sərhəd tanımadığını vurğulayıb: “Azərbaycanda nüvə müəssisələrə olmasa da, bölgədə bəzi ölkələr nüvə stansiyasına malikdir. Ona görə də, radiasiyanın yayılması ehtimalı var”.