Rəsulzadə Ankarada anıldı
07 mart 2013 10:15 (UTC +04:00)

Rəsulzadə Ankarada anıldı

0

Martın 6-da “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Ankara təmsilçiliyi

Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından

olan Məhəmməd Əmin Rəsulzadəni anıb. Birliyin Ankara təmsilçisi, Orta Doğu Texniki Universitetinin tələbəsi Mirbəhram Əzimbəylinin Lent.az-a verdiyi məlumata görə,

Orta Doğu Texniki Universiteti, Qazi və Ankara universitetlərinin azərbaycanlı tələbələri

M.Ə.Rəsulzadənin Ankarada yerləşən “Cebeci Asri məzarlığı”ndakı məzarını ziyarət ediblər.

 

Ziyarətə Türkiyə Respublikasının vətəndaşları, eləcə də Güney Azərbaycandan olan tələbələr də qatılıblar. Öncə Azərbaycan və Türkiyə himnləri oxunub. Sonra Mirbəhram Əzimbəyli çıxış edərək, “M.Ə.Rəsulzadə bütün Azərbaycan xalqının Rəsulzadəsidir və bizlərin onu bu gün ziyarət etməyimiz mənəvi bir borcumuzdur” - deyib.

 

Digər tələbələr də öz duyğu və düşüncələrini bölüşüblər.

 

Sonda isə Məhəmməd Əmin Rəsulzadənin ruhuna dualar edilib, Qurani-Kərimdən ayələr oxunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1050

Oxşar yazılar