Rauf Mərdiyev: “Qarışıqlıq yaratmaq istəyirlər”
21 fevral 2013 18:01 (UTC +04:00)

Rauf Mərdiyev: “Qarışıqlıq yaratmaq istəyirlər”

 

 

 

"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev açıqlama yayıb. Birliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, açıqlamada qeyd olunur ki, seçki ilinin olması ilə bağlı bəzi qüvvələr qarışıqlıq yaratmağa cəhd göstərir və bunun üçün ən müxtəlif variantlara əl atırlar: “Tələbələrin boykot günü bu cəhdlərdən biridir və əminliklə deyə bilərəm ki, uğursuzluğa məhkumdur. Araşdırmalarımız nəticəsində məlum olub ki, boykot təşəbbüsü xaricdə yaşayan şəxslər tərəfindən ortaya atılıb və müxalifət təşkilatlarının üzvləri tərəfindən yayılır. Həmin şəxslər özləri tələbə olmadıqları halda hansı haqla tələbələr adından danışırlar? Mən özüm də müxtəlif universitet tələbələri ilə söhbətlər aparmışam. Onlar, ümumiyyətlə, bu məsələdən xəbərdar deyillər. Gənclərimiz təhsildən yayınmasına yönəlmiş bu addımı qətiyyətlə pisləyirik”.

 

Açıqlamada həmçinin o da qeyd olunur ki, Azərbaycanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı qəbul edilib, bu proqram çərçivəsində 2012-2013-cü tədris ilində xaricdə təhsil almaq üçün ümumilikdə 588 gənc müxtəlif ölkələrə göndərilib: “Bu gün gənclərimiz anlayır ki, onların inkişafı üçün yatırılan investisiya onların və ölkənin gələcəyi üçündür”. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1514
avatar

Oxşar yazılar