Ramiz Mehdiyev məzuniyyətdədir
13 fevral 2013 17:28 (UTC +04:00)

Ramiz Mehdiyev məzuniyyətdədir

0

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qısamüddətli məzuniyyətdədir” - administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov fevralın 13-də “Media forum” saytına açıqlamasında belə deyib.

 

Əli Həsənov bildirib ki, administrasiya rəhbəri bu həftənin əvvəlində məzuniyyətə çıxıb və fevralın 15-də işə qayıdacaq: “Ramiz Mehdiyev dörd günlük məzuniyyətdədir”.

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu həftə keçirilən iki mühüm mərasimdə gözə dəyməyib. Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla vida mərasimi keçirilib. Prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, nazirlər, deputatlar vida mərasiminə qatılıb. AMEA-nın həqiqi üzvü olan Ramiz Mehdiyev vida mərasimində iştirak etməyib. Fevralın 12-də isə prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Baş nazir Artur Rasizadənin, nazirlərin, icra başçılarının iştirakı ilə keçirilən konfransa Ramiz Mehdiyev qatılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3108

Oxşar yazılar