Bu gün Milli Məclisdə "Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunun layihəsi müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, vitse-spiker Valeh Ələsgərov sənədin çox vacib olduğunu bildirib. Söz alan millət vəkili Qüdrət Həsənquliyev isə bundan əvvəl Türkiyə ilə bağlı çıxış edən millət vəkili İqbal Ağazadənin çıxışına toxunub: “Ayaz Mütəllibovun bir zaman Rusiyaya göndərdiyi bir şəxsin belə çıxış etməsi təəccüblüdür, indi Türkiyənin müdafiəçisi kimi çıxış edir! Mən Türkiyə-Azərbaycan münasibətlərinin həmişə inkişafına tərəfdar olmuşam”.
Spiker Oqtay Əsədov isə millət vəkillərini müzakirəyə çıxarılan məsələ barədə danışmağa çağırıb.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Qüdrət Həsənquliyevdən İqbal Ağazadə sərt reaksiya
909