Qüdrət Həsənquliyev Sərdar Cəlaloğluya “filosof-təbib-siyasətçi” dedi
05 may 2014 15:53 (UTC +04:00)

Qüdrət Həsənquliyev Sərdar Cəlaloğluya “filosof-təbib-siyasətçi” dedi

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

BAXCP mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, iclasda Azərbaycanda və regionda baş verən son hadisələrlə bağlı partiyanın rəsmi açıqlaması qəbul edilib.

 

Açıqlamada BAXCP Milli Şuranın ünvanına ittihamlar səsləndirib, bu  qurumu “hakimiyyət naminə Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə əsas təhlükə kimi gördükləri Rusiya ilə son prezident seçkilərində əməkdaşlığa can atmaqda, “böyük” demokrat kimi Rusiya prezidenti Vladimir Putinə müraciət edib ondan kömək istəməkdə” ittiham edib: “BAXCP sədri Dağlıq Qarabağın sülh yolu ilə işğaldan azad olunması üçün hökumətin və beynəlxalq birliyin 20 illik səylərinin heç bir nəticə vermədiyini görərək bəyan edib ki, işğalın baş tutması və davam etməsinə əsas səbəbkar olan Rusiya ilə danışıqlar aparılmalıdır. Eyni zamanda işğal olunan ərazilər üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunması naminə işğalçı ordu əvəzinə onun müttəfiqi olan Rusiyanın qanun çərçivəsində Azərbaycanda mövcudluğuna şərait yaratmaq daha əlverişli olar. Konstitusiyamızın buna imkan vermədiyini söyləyən “filosof-təbib-siyasətçi”lər unudurlar ki, Rusiyanın Qəbələdəki hərbi bazasının fəaliyyətinə yalnız keçən il Konstitusiyanın imkan vermədiyinə görə yox, icarə xərclərinin artmasına görə son verilib. Krımı işğal edən Rusiyaya qarşı sanksiya tətbiq edən Qərb işğalçı Ermənistana deyil, Azərbaycana sanksiya tətbiq edib”.

 

Açıqlamada qeyd olunub ki, BAXCP sədri Rusiya ilə danışıqlar aparılmasının vacibliyini vurğulayıb: “əgər Rusiya bu şərtlərlə razılaşmazsa, peşəkar ordu quruculuğunu gücləndirməyi, neftin qiymətinin yaxın gələcəkdə aşağı düşmə ehtimalının yüksəkliyini nəzərə alaraq qeyri-neft sektorunu inkişaf etdirməyi, siyasi islahatların aparılmasının zəruriliyini vurğulayıb. Rusiya tərəfindən istifadə olunmuş “liderlər” BAXCP sədrinə hücum etməklə keçmişlərini və xəyanətlərini unutduracaqlarını düşünürlərsə, çox böyük səhvə yol verirlər”.

 

Qeyd edək ki, ötən həftə BAXCP sədri Qüdrət Həsənquliyev Azərbaycan rəsmilərini Dağlıq Qarabağ problemi ilə bağlı Rusiya ilə danışıqlar aparmağa çağırıb.  Onun bu çıxışı Milli Şura üzvləri və ADP sədri Sərdar Cəlaloğlu tərəfindən tənqidlə qarşılanıb.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679
avatar

Oxşar yazılar