Qərib Məmmədov: ”Bu, ən ağır məsələdir ” - YENİLƏNİB
11 dekabr 2013 15:53 (UTC +04:00)

Qərib Məmmədov: ”Bu, ən ağır məsələdir ” - YENİLƏNİB

Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası ilə bağlı növbəti görüş Azərbaycanda keçiriləcək.


 

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. O bildirib ki, sərhədlərin delimitasiyasından sonra ikinci mərhələ demarkasiya məsələsidir.

 

Q. Məmmədov Azərbaycan prezident İlham Əliyev və Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev tərəfindən sərhədlərin delimitasiyası haqda müqavilənin imzalandığını xatırladıb: “Həm onların Dövlət Duması, həm də Azərbaycan parlamenti bu sənədləri ratifikasiya edib. Yəni biz xəritə, sənəd, kağız üzərində bu işləri gördük. İndi müvafiq sərhəd nişanları koordinatlara uyğun olaraq yerlərdə bərkidilməlidir. Bu, ən məsuliyyətli və ağır məsələdir. Rusiya tərəfinin dəvəti ilə bu yaxınlarda Moskva şəhərinə toplaşdıq. Vahid bir sistem qəbul olunub. Hazırda biz bunu öyrənirik. Diplomatik kanallarla məsələ həll olunduqdan sonra demarkasiya işlərinə başlanacaq. Bununla bağlı növbəti görüş Azərbaycanda keçiriləcək”.

 

Gürcüstanla sərhəd məsələsinə gəlincə, Q. Məmmədov qeyd edib ki, 480 km sərhəd xəttinin 300 km-i hər iki tərəfdən razılaşdırılıb: “Ekspertlər səviyyəsində məsələ ilə bağlı görüş keçirilib, həm bizim mütəxəssislər Gürcüstanda olublar, həm də onların mütəxəssisləri Azərbaycana gəliblər. Onlar razılığa gəldikdən sonra ekspertlər səviyyəsində komissiyada məsələ qaldırılacaq və burada qərar qəbul edəcəyik”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1228
avatar

Oxşar yazılar