Elmar Məmmədyarov Serik Primbetovu qəbul edib
Fevralın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Qazaxıstan səfirinin fəaliyyətini və Azərbaycan-Qazaxıstan münasibətlərinin genişlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Elmar Məmmədyarov səfir Serik Primbetova gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə iki ölkə arasındakı siyasi dialoqun yüksək səviyyədə olmasından və iqtisadi-ticari əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Serik Primbetov ölkəmizdən xoş təəssüratlarla ayrıldığını və ölkəsinin Azərbaycanla münasibətlərin genişlənməsində maraqlı olduğunu söyləyib.