Qaradağlı soyqırımı anıldı
13 fevral 2013 16:47 (UTC +04:00)

Qaradağlı soyqırımı anıldı

“Qaradağlı Soyqırımı: Şahidlərin dili ilə” kitabı və “Ruhum Qarabağlıdır” layihəsinin təqdimatı olunub. Lent.az-ın məlumatına görə,  “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbirdə ilk sözlə çıxış edən millət vəkili Q. Paşayeva  bildirib ki, Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan ordusunun törətdiyi soyqırım qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı canlarını vətən , torpaq yolunda fəda etmiş bir elin, bir kəndin igid və cəsur övladlarının xatirələrini yaşatmaq, soyqırımı qurbanlarının xatirəsinə bir ehtiram borcudur.

 

Millət vəkilləri Elman Məmmədov Musa Qasımlı kitabın ərsəyə gəlməsi münasibəti ilə hər kəsi təbrik ediblər. Daha sonra  Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Azərbaycanlı İcması” İctimai Birliyinin əlaqələndirmə şurasının sədri Orxan Əkbərov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində əsaslı işlər həyata keçirilir. Təqdimat mərasiminə yekun vuran Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, 1992-ci ilin 17 fevral tarixi Azərbaycan tarixinə qanla yazılan növbəti bir səhifə olub.

 

Bu gün eyni zamanda “Ruhum Qarabağlıdır” layihəsinin də təqdimatı olub. Millət vəkili Qənirə Paşayevanın “Ruhum Qarabağlıdır” şeirlər silsiləsi əsasında Xocavənd rayon ictimaiyyəti tərəfindən hazırlanmış sənədli filmin diskləri 1000 nüsxə ilə çap olunub və bu gündən etibarən Azərbaycanın xaricdəki diaspor təşkilatlarına göndərilməyə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161
avatar

Oxşar yazılar