Qarabağ üçün tələb olunan 100 min səs toplanıldı
19 fevral 2013 11:19 (UTC +04:00)

Qarabağ üçün tələb olunan 100 min səs toplanıldı

Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya üçün səsvermə uğurla başa çatıb. Lent.az-ın məlumatına görə, səsvermə üçün tələb olunan 100 min səs toplanıb.

Qeyd edək ki, Ağ Evin rəsmi veb-səhifəsində yer alan “Biz xalqıq” (We the people) bölməsində yerləşdirilmiş petisiyaya yanvarın 25-dən başlayıb. Səsvermənin sonuncu günü fevralın 22-i olsada, artıq tələb olunan səs toplanıb.

 

Xatırladaq ki, bir neçə gün bundan öncə Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində başladılan petisiya üçün lazım olan 100 min səs toplandı. Hər iki səsvermədə tələb olunan səslər toplandıqdan sonra  ABŞ prezidentinin bununla bağlı bəyanat verəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2194

Oxşar yazılar