Prezidentlərin təkbətək görüşü olub - YENİLƏNİB
02 iyun 2014 13:17 (UTC +04:00)

Prezidentlərin təkbətək görüşü olub - YENİLƏNİB

Azərbaycan və İsveçrə prezidentlərinin təkbətək görüşü olub. Lent.az-ın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.


İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220

Oxşar yazılar