Vyana Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü başa çatıb.
APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan “Twitter” səhifəsində yazıb.
“Ermənistan və Azərbaycan prezidentlərinin görüşü başa çatıb, ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin nazirləri də görüşə qatılıblar”, - deyə A. Saqatelyan qeyd edib.
Xatırladaq ki, prezidentlərin görüşü barədə razılıq həmsədrlərin noyabrın 4-5-də regiona səfəri zamanı əldə olunub.
İki ölkənin prezidentləri təxminən iki illik fasilədən sonra bir araya gəliblər.
***
saat 14:44
Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb.
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə öz “Twitter” səhifəsində Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan yazıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunur.