Prezidenti İlham Əliyev noyabrın 14-də Anqolanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Joakim Auqusto de Lemuşun etimadnaməsini qəbul edib. APA-nın verdiyi xəbərə görə, Anqolanın Azərbaycanda yeni təyin olunmuş səfiri Joakim Auqusto de Lemuş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Dövlət başçısı Azərbaycan ilə Anqola arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu bildirib.
Prezident İlham Əliyev noyabrın 14-də Cibutinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdi İbrahim Absiehin etimadnaməsini qəbul edib.
Səfir Abdi İbrahim Absieh Cibuti Respublikasının prezidenti İsmayıl Ömər Celinin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. O, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Dövlət başçısı Azərbaycan ilə Cibuti arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu bildirib. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.
Dövlət başçısı prezident İsmayıl Ömər Celinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Cibuti dövlətinin başçısına çatdırmağı xahiş edib.