Prezident Yaponiya səfirinin etimadnaməsini qəbul edib
23 noyabr 2013 14:34 (UTC +04:00)

Prezident Yaponiya səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev bu gün Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin etimadnaməsini qəbul edib. Lent. az-ın məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Tsuquo Takahaşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı Azərbaycanla Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. Səfir Tsuquo Takahaşinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də əməkdaşlığımızın dinamik şəkildə inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev ona uğurlar arzulayıb.
Ötən il Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin qeyd olunduğunu vurğulayan səfir  ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Diplomat Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

 

Prezidenti İlham Əliyev Yeni Zelandiyanın səfiri Taha Makfersonun da etimadnaməsini qəbul edib. Azərbaycanla Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirən dövlət başçısı əməkdaşlıq imkanlarının araşdırılmasının və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin önəmini qeyd edib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar