Prezident İlham Əliyev noyabrın 14-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genci Muçayın etimadnaməsini qəbul edib. Lent.az-ın məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Genci Muçay etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Albaniya Respublikasının prezidenti Buyar Nişaninin və baş nazir Edi Ramanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev həmçinin Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin etimadnaməsini qəbul edib.