Prezident İlham Əliyev martın 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda olub. Lent. az-ın Azər TAc-a istinadən verdiyi məlumata görə, Akademiyanın rektoru Ömər Eldarov Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, üçmərtəbəli yeni korpusun ümumi sahəsi 6500 kvadratmetrdir. Yeni korpus müasir memarlıq üslubunda inşa edilib. Binanın daxili tərtibatı da xüsusi zövqlə işlənilib. Yeni korpusda 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalar yaradılıb. Sinif otaqları, kabinetlər və təcrübə laboratoriyaları ən müasir avadanlıq və ləvazimatla təchiz olunub.
Dövlət başçısı yeni binanın ayrı-ayrı otaqlarını və təcrübə emalatxanalarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub.
Sonra Prezident Akademiyanın pedaqoji kollektivi ilə görüşüb.
Rektor kollektiv adından prezidentə minnətdarlığını bildirib.
Dövlət başçısı yeni korpusunun istifadəyə verilməsi münasibətilə onları təbrik edib.