Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, təbrikdə deyilir: “Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycanla Qətər arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.