Azərbaycan prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfər edib.
Lent.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
***
Mayın 28-də Prezident İlham Əliyev Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı binada yaradılmış şəraitlə tanış olub.
Binada Heydər Əliyevin və Prezident İlham Əliyevin Neftçala rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb.
Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. İcra hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Buradakı fəvvarələr isə ərazini daha da gözəlləşdirir.
Prezident İlham Əliyev həmçinin, Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak eib.