Prezident İlham Əliyev Fələstin dövlətinin milli bayramı münasibətilə Fələstin prezidenti Mahmud Abbası təbrik edib.
APA-nın verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan-Fələstin əlaqələri və dostluq münasibətlərinin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində bundan sonra daha da genişlənərək xalqlarımızın rifahına xidmət edəcəyinə inandığını bildirib, Fələstin xalqına sülh və rifah diləyib.