Prezident İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib
17 iyul 2013 17:05 (UTC +04:00)

Prezident İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib

 

 

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş səfiri Paskal Obişerin etimadnaməsini qəbul edib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin sürətli və uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olunub.

 

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478
avatar

Oxşar yazılar